Azərbaycan Bayrağı

🇦🇿 Qəbul Şərtləri və Qaydalar

🏛️ Elm və Təhsil Nazirliyinin Tələbləri

1. Ümumi müddəalar 1.1. Bu sənəddə mərkəzləşdirilmiş imtahan əsasında lisey və gimnaziyalara qəbul prosesinin təşkili və keçirilməsinə dair əsas prinsiplər və qaydalar müəyyən olunur. 1.2. Qəbul və şagirdlərin yerdəyişməsi yalnız Şagirdlərin elektron yerdəyişməsi portalı - https://sy.edu.az üzərindən elektron qaydada aparılır. 2. Qəbul imtahanı 2.1. İmtahan aşağıdakı fənlər üzrə keçirilir: - Tədris dili (Azərbaycan və ya Rus dili); - Riyaziyyat (standart və qeyri-standart suallar əsasında). 2.2. Tədris dili şagirdin qeydiyyat zamanı etdiyi "Kitabça dili" seçiminə əsasən müəyyən edilir və sonradan dəyişdirilə bilməz. QEYD: Portalda qeydiyyatdan keçərkən Kitabça dili bölməsi görünəcəkdir. Tədris dili başqa dillərdə həyata keçirilən şagirdlərə həmin xanada “Azərbaycan” və ya “Rus” dili seçimi təqdim edilir. Bu mərhələdə seçilən dildən asılı olaraq şagirdə uyğun məktəblər bölməsi açılır. Eyni zamanda şagirdin sual kitabçası da həmin dildə təqdim edilir. Şagird qəbul olunacağı halda tədris dili “Kitabça dili” seçiminə uyğun olaraq birbaşa tənzimlənir. 2.3. Rus bölməsində təhsil alan şagird istəyə əsasən Azərbaycan və ya Rus bölməsində təhsilini davam etdirə bilər. Azərbaycan bölməsi üzrə təhsil alan şagird tədris dilini dəyişə bilməz. 2.4 Tədris dili Azərbaycan və ya Rus dilindən fərqli olan şagirdlər imtahan qeydiyyatı zamanı “Kitabça dili” bölməsində öz istəklərinə uyğun olaraq Azərbaycan və ya Rus dilini seçə bilərlər. Qəbul olunduqları təqdirdə təhsil aldıqları tədris dilinin həmin seçimə uyğun olaraq tənzimlənəcəyi nəzərə alınmalıdır 3. Qəbul imtahanının qiymətləndirilməsi 3.1. Qəbul aşağıdakı siniflər üzrə həyata keçirilir: V, VI, VII və VIII siniflər. 3.2. Hər fənn üzrə sual sayı və ballar siniflər üzrə aşağıdakı kimidir: Sinif Tədris Dili Riyaziyyat CƏMİ Bal V 15 SUAL (17.5 BAL) 30 SUAL (32.5 BAL) 50 BAL VI 20 SUAL (22.5 BAL) 40 SUAL (42.5 BAL) 65 BAL VII 20 SUAL (22.5 BAL) 40 SUAL (42.5 BAL) 65 BAL VIII 20 SUAL (22.5 BAL) 40 SUAL (42.5 BAL) 65 BAL 3.3. Sualların qiymətləndirilməsi: hər fənn üzrə son 5 sual 1,5 balla, digərləri 1 balla qiymətləndirilir. 4. İştirak və qəbul qaydası 4.1. Seçimlərdə iştirak edə bilmək üçün minimum iştirak balı – 10 baldır. 4.2. Bərabər bal toplayan şagirdlər arasında sıralama aşağıdakı ardıcıllıqla müəyyən edilir: a) Riyaziyyat üzrə 1,5 ballıq suallardan toplanmış nisbi bal; b) Riyaziyyat üzrə 1 ballıq suallardan toplanmış nisbi bal; c) Tədris dili üzrə 1,5 ballıq suallardan toplanmış nisbi bal; d) Tədris dili üzrə 1 ballıq suallardan toplanmış nisbi bal. 5. Prosedur və mərhələlər 5.1. Qəbul prosesi üç mərhələdə həyata keçirilir. 5.2. I mərhələdə aşağıdakı addımlar icra olunur: a) Portalda valideyn modulu yaradılır və şagird əlavə olunur; b) Sorğu yaradılır, buraxılış vərəqəsi əldə edilir; c) İmtahan keçirilir; d) Nəticələr açıqlandıqdan sonra lisey/gimnaziya seçimi edilir (I mərhələdə 3, II və III mərhələlərdə 2 seçim); e) Şagird qəbul olunduğu təqdirdə I mərhələdə həmin müəssisənin təsdiqi və ya imtinası tələb edilir; f) Yerdəyişmə portalı aktivləşdirkdən sonra sənədlərin qəbulu həyata keçirilir. 5.3. II və III (ehtiyac olacağı təqdirdə) mərhələdə aşağıdakı addımlar icra olunur: a) Lisey/gimnaziya seçimi edilir (2 seçim); b) Şagird qəbul olunduğu təqdirdə sənədlərin qəbulu həyata keçirilir. 5.4. Qəbul sənədlərinin vaxtında təqdim edilməməsi halında növbəti mərhələdə iştirak hüququ itirilə bilər. a) Birinci mərhələdə seçim edib qəbul olan şagird həmin təhsil müəssisəsində oxuyacağını təsdiqləmir, sənəd qəbulu zamanı gecikir, sənədlərini həmin liseyə, gimnaziyaya vaxtında təqdim etmir, yaxud oxumaqdan imtina edirsə, onun ikinci mərhələdə iştirakına icazə verilsə də, ikinci mərhələdə qəbul olub hər hansı səbəbdən sənədlərini qəbul olduğu lisey yaxud gimnaziyaya təqdim etməyən şagirdlərin üçüncü mərhələdə iştirakına icazə verilmir. b) Lisey, gimnaziya seçimi edib qəbul olmayan şagirdlərin sonrakı mərhələlərdə iştirakında heç bir məhdudiyyət yoxdur. c) Birinci mərhələdə seçim etməyən şagirdlərin növbəti mərhələdə vakant yer olan lisey və gimnaziyalar arasında seçim etmək imkanı olacaqdır. d) Birinci mərhələdə seçim edib qəbul olan, lakin hər hansı səbəbdən sənədlərini həmin lisey yaxud gimnaziyaya təqdim etməyən şagirdlər ikinci mərhələnin seçimlərində iştirak edə biləcək. İkinci mərhələdə qəbul olunmayacaqları halda üçüncü mərhələdə də iştirak edə bilərlər. e) İkinci mərhələdə lisey, gimnaziya seçimi edib qəbul olan (sənədlərini qəbul olduqları lisey yaxud gimnaziyalara təqdim edən, etməyən) şagirdlərin üçüncü mərhələdə iştirak etmələrinə icazə verilmir. f) Birinci mərhələdə seçim edib qəbul olan, lakin ikinci mərhələdə seçim etməyən şagirdlər üçüncü mərhələdə iştirak edə bilərlər. g) Şagird mərkəzləşmiş qaydada imtahan verərək qəbul olunduğu lisey və gimnaziyadan mərkəzləşmiş qaydada qəbul həyata keçirilən digər təhsil müəssisəsinə yerdəyişmə edə bilməz. Bu halda yalnız növbəti tədris ilində keçiriləcək qəbul imtahanında iştirak etmək mümkündür. h) Boş qalan yerlərə ikinci və üçüncü mərhələ ilə əlaqəli lisey/gimnaziya seçimi (ehtiyac olacağı halda) avqust ayında həyata keçiriləcəkdir. 6. Texniki və təşkilati məsələlər 6.1. Qeydiyyat zamanı seçilən imtahan binası və kitabça dili seçimi sonradan dəyişdirilə bilməz. 6.2. Buraxılış vərəqi, şəxsiyyət vəsiqəsi və digər tələb olunan ləvazimatlar olmadan imtahanda iştirak etmək olmaz. 6.3. İmtahana mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır. 6.4. Qeydiyyatdan keçərkən tələb edilən bütün məlumatları daxil etdiyinizə əmin olun. Buraxılış vərəqi yüklənib çap edilməyənə qədər qeydiyyatınız tamamlanmış hesab olunmur. 6.5.Şagirdin şəxsiyyət vəsiqəsində şəkli yoxdursa, buraxılış vərəqinə mütləq 3x4 ölçüdə şəkil əlavə edilməlidir. 6.6. Buraxılış vərəqinin möhürlə təsdiqlənməsi zəruri deyil. 6.7. Şagird ancaq buraxılış vərəqində qeyd olunan imtahan mərkəzində (binasında) imtahanda iştirak edə bilər. 6.8.Şagird imtahan mərkəzinə imtahanın başlayacağı vaxtdan ən azı 1 (bir) saat tez gəlməlidir. 6.9.Şagirdin imtahana gələrkən mütləq özü ilə gətirməli olduğu sənəd və ləvazimatlar: şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqi (çap olunmuş formada), tünd qara, yaxud göy rəngdə yazan qələm. 6.10. Şagirdin imtahana gələrkən gətirə biləcəyi əlavə ləvazimatlar: sadə karandaş, pozan, eynək (ehtiyac varsa), şəffaf butulkada su. 6.11. Birinci mərhələdə 3 (üç) yer seçimi imkanı verilir. Hər 3 (üç) seçimi qeyd etmək zərurəti yoxdur. 6.12. Şagirdin sənədlərinin qəbul olunduğu liseyə və ya gimnaziyaya təqdim edilməsi əsasən avqustun ilk həftələrində həyata keçirilir. 6.13. İkinci və üçüncü mərhələdə hər şagirdə 2 (iki) seçim imkanı verilir. Bu mərhələlər də əsasən avqust ayında keçirilir. Hər 2 (iki) seçimi qeyd etmək zərurəti yoxdur. 7. Əlaqə və Dəstək Əlavə məlumat və dəstək üçün:  WhatsApp: (051) 756 15 58  https://sy.edu.az üzərindən“Əks əlaqə” bölməsi

📊 Minimum Keçid Balları (Nümunə)

Riyaziyyat 45+ Bal
Azərbaycan dili 35+ Bal
Məntiq 15+ Bal
🎓 Təhsil Nazirliyi ⬅ Geri Qayıt